Azərbaycan yollarında bu gecə: 5 ölü, 12 yaralı
03 avqust 2014 14:52 (UTC +04:00)

Azərbaycan yollarında bu gecə: 5 ölü, 12 yaralı

0

Son sutka ərzində Azərbaycanın müxtəlif ərazilərində 11 yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, qəzalarda 5 nəfər ölüb, daha 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölümlə nəticələnən qəzalardan 3-ü Bakıda qeydə alınıb. Xəzər və Nizami rayonlarında avtomobillərin toqquşması, Qaradağ rayonunda isə mikroavtobusun maneəyə çırpılması ölümlə nəticələnib. Bundan başqa Hacıqabul və Saatlı raonlarında 2 piyada vurulub. 31 yaşı olan hər iki piyada ölüb.

 

Hər bir faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2155

Oxşar yazılar