Avtoxuliqanlıqla məşğul olan şəxs tutuldu
21 fevral 2015 13:21 (UTC +04:00)

Avtoxuliqanlıqla məşğul olan şəxs tutuldu

0

Paytaxtda avtoxuliqanlıqla məşğul olan şəxs saxlanıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gülhüseyn Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Xəzər rayon məhkəməsinə göndərilib.

 

Məhkəmənin qərarına əsasən, G.Qasımov İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 20 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar