Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı rəsmi məlumat yayılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sentyabrın 15-də saat 09 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində rayon sakini Rafət Məmmədov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən şəhər sakini Zakir Rəsulovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.
*****
12:15
Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Göytəpə qəsəbəsində "VAZ 21011" markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Ağır xəsarət alan 65-70 yaşlı kişi hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.