Balakən Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yol qəzası Balakən-Kortala avtomobil yolunda qeydə alınıb.
Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1960-cı il təvəllüdlü Məhəmmədəmin Musa oğlu Lələyev idarə etdiyi “VAZ 21074” markalı, 10 US 380 dövlət nömrə nişanlı avtomobili yolun kənarındakı işıq dirəyinə çırpıb.
Nəticədə sürücü və onun həmkəndlisi olan sərnişini, 1967-ci il təvəllüdlü İlqar Vaqif oğlu Lələliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Balakən RMX-dan APA-ya verilən məlumata görə, vəziyyətləri orta-ağır hesab olunur, müalicələri reanimasiya şöbəsində aparılır.
Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.