Avtomobil çalaya düşdü: bir yaralı
26 oktyabr 2017 09:22 (UTC +04:00)

Avtomobil çalaya düşdü: bir yaralı

0

Samuxda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Hacıalılar kənd sakini, 1999-cu il təvəllüdlü Babayev Sahil Əmrah oğlu idarə etdiyi avtomobil idarəetmədən çıxıb və təmir aparılan yolda yaranmış çalaya düşüb. Nəticədə sürücü xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar