Avtomobil 25 yaşlı piyadanı vurdu - <span style="color:red;">Bərdədə
20 aprel 2016 21:33 (UTC +04:00)

Avtomobil 25 yaşlı piyadanı vurdu - Bərdədə

0

Bərdədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Həsənqaya kəndi ərazisində baş verib.

 

Yüksək sürətlə hərəkətdə olan “Toyota” markalı 90 SN 939 qeydiyyat nömrə nişanlı avtomobil yol kənarında dayanan 1991-ci il təvəllüdlü Quliyev Bəxtiyar Zahid oğlunu vurub.

 

B. Quliyev Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun həyatına təhlükənin olmadığı bildirilir. Piyadanı vurduqdan sonra avtomobil idarəetməni itirərək bir necə dəfə yuvarlanaraq yol kənarına düşüb.  Hazırda rayon Polis Şöbəsində avtomobilin kimə məxsus olduğu araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar