Daxili İşlər Nazirliyi Azərbaycanda ölümlə nəticələnən yol qəzaları barədə xəbər yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, dekabrın 22-də saat 14 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Bakı şəhər sakini Nadir Şahvələdov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Abdulabad kənd sakini Bari Həmzəyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Başqa bir hadisə isə həmin gün - dekabrın 22-də saat 17 radələrində Saatlı rayonunun Dədə Qorqud kəndi ərazisində baş verib. Rayonun Heydərabad kənd sakini Hikmət Zeynalov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən Dədə Qorqud kənd sakini, azyaşlı Elnur Qədirovu vurub.
Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Hadisə ilə bağlı Saatlı RPŞ tərəfindən araşdırma aparılır.