Astarada silahlı insident: 1 nəfər yaralanıb
10 iyul 2014 14:29 (UTC +04:00)

Astarada silahlı insident: 1 nəfər yaralanıb

0

Astara rayonunda silahlı insident baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 10-da rayonunun Ərçivan kəndində kənd sakini Teymur Baxşıyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Ruslan Şahverdiyevə ayaq nahiyəsindən xəsarət yetirib.

 

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Baxşıyev tutulub. T.Baxşıyevin hadisəni törədərkən istifadə etdiyi tüfəng, habelə 1 ədəd patron götürülüb.

 

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1377

Oxşar yazılar