Aşağı sürət qəzaya səbəb oldu - FOTO - VİDEO
28 mart 2019 00:24 (UTC +04:00)

Aşağı sürət qəzaya səbəb oldu - FOTO - VİDEO

0
Bakının Nərimanov rayonunda yol qəzası baş verib.
 
ONA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
 
Belə ki, Rəşad İsmayılovun idarə etdiyi  "VAZ 2106" markalı avtomobil nasaz olduğu üçün aşağı sürətlə hərəkət edirmiş. Bu zaman arxadan yüksək sürətlə gələn və Vidadi İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobil "Jiquli"yə çırpılıb. Nəticədə sonuncu avtomobilə ciddi ziyan dəyib.
 
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2126

Oxşar yazılar