Arvadına 40 bıçaq vurdu - SƏBƏB
0
0
Qısqanclıq zəminində həyat yoldaşına 40 bıçaq vurmaqda təqsirləndirilən Yaqub Ağayevin işi üzrə məhkəmə prosesi başlayıb
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 12-nə təyin edilib.
Qeyd edək ki, qətl ötən il dekabrın 12-də Sumqayıtda baş verib.
1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.
Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb.
Bildirilib ki, Y.Ağayev həyat yoldaşını qısqanclıq zəminində törədib. O, arvadına 40-a yaxın bıçaq zərbəsi endirib.
0
0