Almalı salatı belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
0
0
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımıza davam edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Biş-düş Babayeva”" adı ilə məşhur olan ustanın almalı salatı necə hazırlaması ilə tanış edəcəyik.
Almalı salatın tərkibi:
250 q toyuğun sinə əti, 150 q xiyar turşusu, 250 göbələk turşusu, 150 q qoz, 1 yaşıl alma, 1 təzə xiyar, xama, mayonez, duz, istiot
Hazırlanma qaydası:
Əvvəlcə götürdüyümüz bütün ərzaqları doğrayırıq. Sonra həmin məhsulları salatı hazırlayacağımız qaba əlavə edirik, duz-istiot töküb birlikdə qarışdırırıq. Daha sonra üzərindən mayonez və xamanı əlavə edib salatı hazır olana qədər qarışdırırıq. Hazırladıqdan sonra süfrəyə veririk.
Nuş olsun!
0
0