Ağstafada iki maşın toqquşdu: bir yaralı
13 noyabr 2017 09:15 (UTC +04:00)

Ağstafada iki maşın toqquşdu: bir yaralı

0

Ağstafada sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, “VA2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Ağstafaya qonaq gələn Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Abışov Yusif Abış oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar