Ağdaşda ağır qəza: Qarabağ əlili öldü, 3 nəfər ağır yaralandı
17 sentyabr 2016 14:38 (UTC +04:00)

Ağdaşda ağır qəza: Qarabağ əlili öldü, 3 nəfər ağır yaralandı

0

 Ağdaş rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 235-ci kilometrliyində, Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb.

 

Ağdaşın Sadavat kənd sakini, Qarabağ müharibəsi əlili, 1972-ci il təvəllüdlü Umarov Tərlan Eldar oğlunun idarə etdiyi 03-BE-348 dövlət nömrə nişanlı, “OKA” markalı minik avtomobil yağışlı havada yolun sürüşkən olması səbəbindən yoldan çıxaraq çökəkliyə aşıb.

 

T. Umarov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Avtomobildəki sərnişinlər - sürücünün qardaşı, 1977-ci il təvəllüdlü Umarov Eldəniz Eldar oğlu, Xosrov kənd sakinləri, 1990-cı il təvəllüdlü Umarov Şəmayıl Sərdar oğlu, 1983-cü il təvəllüdlü Nəbiyev Rəhman Elmar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar