Tərtərdə silahlı insident<span style="color:red;">: həmkəndlisini güllələdi
18 dekabr 2015 13:14 (UTC +04:00)

Tərtərdə silahlı insident: həmkəndlisini güllələdi

0

Tərtər rayonunda silahlı insident baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 17-də Tərtər rayonunun İsmayılbəyli kəndində Ağdam rayon sakini Nabil Aslanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Anar Aslanova xəsarət yetirib.

 

N.Aslanov könüllü olaraq Tərtər RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi də təhvil verib.

 

Faktla əlaqədar cinayət işi başlanıb. 

 

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar