Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Quzanlı qəsəbəsində "VAZ 2107" markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin 68 yaşlı sürücüsü aldığı xəsarətdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.