Aerport yolunda iki avtomobil toqquşdu:<span style="color:red;"> xəsarət alan var
21 oktyabr 2016 15:34 (UTC +04:00)

Aerport yolunda iki avtomobil toqquşdu: xəsarət alan var

0

Bu gün saat 15 radələrində Heydər Əliyev prospektinin Suraxanı rayonundan keçən hissəsində (Aerport yolu) iki minik avtomobili toqquşub. Lent.az-ın məlumatına görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılardan birinə hadisə yerində tibbi yardım göstərilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 58 yaşlı Fuad Qasımov isə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar