<b>"Axmaq" sözü üçün adam bıçaqladı - <span style="color:red;">1 İL HƏBS </b>
21 may 2018 11:16 (UTC +04:00)

"Axmaq" sözü üçün adam bıçaqladı - 1 İL HƏBS

0

Tanış qızla gəldiyi binanın həyətində mühafizəçini bıçaqlamaqda təqsirləndirilən Mehdi Ovçuzadənin cinayət işi üzrə məhkəməsi başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Mehdi Ovcuzadə 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, hadisə paytaxta baş verib.  Mehdi Ovcuzadə tanışı olan qızla qohumun evinə gəlib. Bu zaman o maşını binanın qarşısında saxlayıb. Bu zaman binanın mühafizəçisi ilə Ovcuzadə arasında mübahisə yaranıb. Mühafizəçi Mirzəməhəmməd Abduləzizov Ovcuzadəyə axmaq deyib. Bundan sonra Ovcuzadə gəzdirdiyi bıçaqla mühafizəçini vurub.

 

Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Ovcuzadə bir müddət istintaqdan yayınıb. Daha sonra polis tərəfindən saxlanılıb.

 

Ona Cinayət Məcəlləsinin 126.1(qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar