"Zaqatalada güclü dağıntılara rast gəlmədik" - <span style="color:red;">Qurban Yetirmişli
06 iyun 2018 15:00 (UTC +04:00)

"Zaqatalada güclü dağıntılara rast gəlmədik" - Qurban Yetirmişli

“Hiss olunan zəlzələlər baş verə bilər. Amma güclü, dağıdıcı zəlzələ baş verə bilməz”.

 

APA-nın xəbərinə görə, bunu Zaqatalada səfərdə olan AMEA nəzdində Respublika Seysmoloji Xidməti Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

 

Hazırda hiss olunmayan təkanların baş verdiyini bildirən Q. Yetirmişli qeyd edib ki, bu gün fövqəladə hallar naziri, general–polkovnik Kəmaləddin Heydərovla birgə zəlzələnin episentrinə yaxın yaşayış məntəqələrində olublar: “Baxış zamanı elə də güclü dağıntılara rast gəlmədik. Sadəcə, köhnə tikililərdə mövcud çatlar genişlənib. Bəzi yerlərdə isə keyfiyyətsiz materiallardan inşa edilmiş hasarlar uçub. Ümumilikdə 2012-ci ildə baş vermiş zəlzələ ilə indiki zəlzələarasında çox böyük fərq var. O vaxt çox ciddi dağıntılar olmuşdu. Dünən baş vermiş zəlzələ zamanı isə dağıntı və ölüm faktı qeydə alınmayıb. Zəlzələnin maqnitudası 5,5 olub. Proses davam edir, indiyə kimi 100-ə yaxın afterşok qeydə alınıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

APA Baycan

Oxşar yazılar