Bakıda bu avtobusun sürücüsü sükan arxasında bunları etdi - <span style="color:red;">VİDEO
03 mart 2019 22:48 (UTC +04:00)

Bakıda bu avtobusun sürücüsü sükan arxasında bunları etdi - VİDEO

0
Avtobusda onlarla sərnişin aparan sürücü siqaret çəkir
 
Lent.az xezerxeber-ə istinadən bildirir ki, bu azmış kimi o, hərdən mobil telefonla da danışır. Bu görüntülər elə avtobusda olan sərnişinlərdən biri tərəfindən çəkilib. Araşdırma zamanı məlum oldu ki, kadrlar paytaxtda metronun 20 yanvar stansiyasından, Müşfiqabad qəsəbəsinə sərnişin daşıyan 114 A saylı marşurut xəttində çəkilib
 
Sürücünün sərnişinlərin həyatını təhlükəyə atmasına paytaxt sakinlərinin münasibəti birmənalıdır.
 
Məsələ ilə bağlı avtobusun aid olduğu daşıyıcı şirkətlə əlaqə saxlanılıb. Bildirilib ki, həmin sürücü işdən kənarlaşdırılacaq.
 
Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və müvafiq tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 783

Oxşar yazılar