"Qızımın gözləri tutulmuşdu, ona görə də, peşman deyiləm" - SON SÖZ
16 iyun 2016 12:08 (UTC +04:00)

"Qızımın gözləri tutulmuşdu, ona görə də, peşman deyiləm" - SON SÖZ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Cinayət Məcəlləsinində olan yeni dəyişikliklərə əsasən ona verilən 178.3.2( külli miqdarda dələduzluq) 178.2.2 və 178.2.4 maddələrinə tövsif olunmasını və onun barəsində 6 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxs son sözlə çıxış edib. O bildirib ki, zərərçəkənlərdən 4900 manat bir, 3700 manat bir alıb: "Özdə pul alanda onlara iş vəd eləməmişəm, alver adı ilə almışam. Sonra həmin pulu İranda həkimlərə vermişəm. Qızımın gözləri tutulmuşdu. İrana apardım. Ona görə də, peşman deyiləm". Hakimlər kollegiyasının hökmü ilə Ramin Quliyev 5 il müddətə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, Ramin Quliyev vətəndaşların etibarından sui istifadə edərək, onlara məxsus əmlakları mənimsəyərək dələduzluq edib. Ona Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar