"Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur" - Baş Konsulluq
12 yanvar 2016 18:57 (UTC +04:00)

"Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur" - Baş Konsulluq

0
 
İstanbulda baş verən partlayış zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

 

Bu barədə APA-ya İstanbuldakı Baş Konsulluqdan bildiriblər.

 

“İstanbul Polis İdarəsi ilə əlaqə saxlamışıq. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı hər hansı məlumat yoxdur,” - deyə konsulluqdan qeyd ediblər.

 

Xatırladaq ki, bu gün İstanbulun Sultanəhməd meydanında baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar