"Nissan" avtomobili aşdı: yaralılar var
0
0
Bakı-Qazax avtomagistralının 272-ci kilometrində, Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, idarəetmədən çıxan “Nissan” markalı minik avtomobili aşıb.
Qəza nəticəsində iki nəfər Bakı sakinləri - 1988-ci il təvəllüdlü Zeynalova Ahu Eldar qızı və Zeynalova Afət İlyas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Yevlax rayon Xəstəxanasına
yerləşdirilib.
Faktla bağlı bağlı araşdırma aparılır.
0
0