Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, rayonun Xənəgə kəndində "Mercedes" markalı, 15 BH 303 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü və iki sərnişini ağır xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.