"Ermənistan cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir" - <span style="color:red;">RƏSMİ
02 noyabr 2016 09:42 (UTC +04:00)

"Ermənistan cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir" - RƏSMİ

0

 

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə vəziyyətlə bağlı açıqlama yayıb.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.
Cavab tədbirləri nəticəsində düşmən susdurulub: "Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir. qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 596

Oxşar yazılar