Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
13 iyun 2019 17:45 (UTC +04:00)

Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

0
Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb.
 
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında baş vermiş yanğın FHN-in Aviasiya dəstəsinin 1 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 15:00-da söndürülüb. 
 
Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. 
Yanğın nəticəsində boş dağlıq ərazidə 25 ha sahədə quru ot və kol-kos yanıb.
 
***
 
Saat 14:03
 
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır.
 
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1022

Oxşar yazılar