<span style="color:red;">Toyda dava düşdü:  gəlinin atasını bıçaqladılar
01 fevral 2015 22:59 (UTC +04:00)

Toyda dava düşdü: gəlinin atasını bıçaqladılar

0
Mingəçevir şəhərində toy mərasimində baş verən dava bıçaqlanma ilə nəticələnib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, mərasim zamanı spirtli içki qəbul etmiş qohumlar arasında dava zamanı gəlinin atası, Qax rayonu Çüdüllü kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Şahin Süleyman oğlu bıçaqlanıb.

 

O, təcili Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.

 

Hadisəni bəyin qohumu Murad adlı şəxs tərəfindən törədildiyi bildirilir.

 

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar