Tovuzda mikroavtobus aşdı: xəsarət alanlar var
27 yanvar 2018 15:15 (UTC +04:00)

Tovuzda mikroavtobus aşdı: xəsarət alanlar var

0
Tovuz – Gədəbəy avtomoibl yolunda üç nəfərin xəsaərt alması  ilə nəticələnən yol  qəzası baş verib.  APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gədəbəyin  Şamlıq kəndi ərazisində baş verib.
 
 
 
Hərəkətdə olan mikroavtobusun idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində üç nəfər xəsarət alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlar Goranboy rayon sakinləri  1951-ci il təvəllüdlü Əliyev Səmayə Dünyamalı qızı, 1967-ci il təvəllüdlü Qsımova Ceyran Mədət qızı və 1999-cı il təvəllüdlü Verdiyeva Zinət Halay qızıdır. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
 
 
 
Qəzaya qarlı hava şəraitinin səbəb olduğu bildirilir.
 
 
 
Məlumata görə, qəzaya düşənlər Gədəbəyə toya gedirmiş.
 
 
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar