Tənzilə Rüstəmxanlı: "Bundan sonra..."
0
0
Azəri-Türk Qadınlar Cəmiyyətin sədri, Tənzilə Rüstəmxanlı seçkilərdə iştirak etməyəcəyini bildirib. Lent.az-ın məlumatına görə, bu barədə Tənzilə Rüstəmxanlı özünün “facebook” hesabında bildirib.
O, müraciətində qeyd edib ki, indiyə qədər olduğu kimi, bundan sonra Vətənə, millətə xidmət göstərəcək.
Qeyd edək ki, T. Rüstəmxanlı namizədliyinin qeydə alınmamasından MSK-ya şikayət edib.
T. Rüstəmxanlı DSK-da imzaların yoxlanılması prosesində iştirak etmədiyini və təqdim etdiyi 183 imzanın əsassız olaraq etibarsız sayıldığını nəzərə çatdırıb. MSK-nın İşçi Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, T. Rüstəmxanlı namizədliyinin qeydə alınması üçün 550 imza təqdim edilib, 183 seçici 42 saylı Sumqayıt II DSK-ya ərizə ilə müraciət edərək aldadılaraq imzalarının alındığını, T. Rüstəmxanlıya imza vermələrindən xəbərlərinin olmadığını bildirib. Eyni zamanda T. Rüstəmxanlının səlahiyyətli nümayəndəsinin də DSK-nın iclasında iştirak etdiyi məlum olub. Buna görə də MSK-nın İşçi Qrupu T. Rüstəmxanlının şikayətini əsassız sayıb.
0
0