Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda bəzi yolların buz bağlaması ilə əlaqədar sürücülərə müraciət edib. mərkəzdən Lent.az-a verilən məlumata görə, aşağıda qeyd olunan istiqamətlərdə hərəkət edən sürücülərin daha ehtiyatlı olmaları tövsiyə edilir: Bakı-Sumqayıt şosesi - Dairəvi yol, Abdulvahab Salamzadə küçəsi (yol ötürücüsünün üstü), Abbas Mirzə Şərifzadə küçəsi, (İnşaatçılar m/st. istiqamətində), Talıblı küçəsi (Yeni Yasamal), Badamdar şosesi, Qələbə dairəsi, Təbriz küçəsi (tunel), Alfred Nobel prospekti, Gəncə prospekti, Qara Qarayev prospekti, Heydər Əliyev prospekti (Bağırov körpüsü - tunel).
Qeyd edək ki, yanvarın 30-u axşam saatlarından etibarən yağan qar və çovğun ölkə ərazisində nəqliyyatın hərəkətini çətinləşdirib. Bəzi bölgələrdə magistral yollarda hərəkət məhdudlaşıb.