<span style="color:red;">Sumqayıtda kütləvi zəhərlənmə:  5 nəfər xəstəxanaya yerləşdirilib
04 fevral 2014 12:46 (UTC +04:00)

Sumqayıtda kütləvi zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib

0

Fevralın 3-də Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub. Lent.az-ın Daxili İşlər Nazirlyinini mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakinləri Qabil Həmidov, arvadı Şükufə, gəlini Samirə, nəvələri Sevda və Aytac qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onların pomidor turşusundan zəhərləndiyi bildirilir.

 

Bundan başqa fevralın 3-də Sumqayıt şəhər sakinləri Gülmira Abbasova dəm qazından, Natəvan Yusifova, Fərid Laçınov, Göygöl rayon sakini Lalə Məmmədova dərmandan, Tərtər rayon sakini Leyla Abbasova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1438

Oxşar yazılar