Daxili İşlər Nazirliyi Sumqayıt şəhərinin Yaşma qəsəbəsində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 20-də saat 20 radələrində Sumqayıt şəhərinin Yaşma qəsəbəsində qəsəbə sakini Nizami Əliyev idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən şəhər sakini Əlişirin Qasımovu vurub və bu zaman müəyyən edilməmiş yük avtomobili Ə.Qasımovun üzərindən keçib. Ə.Qasımov hadisə yerində ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.
*****
10:11
Sumqayıt şəhəri ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Bakı-Quba-Rusiya sərhədi magistralının 44-cü kilometrliyində 1980-ci il təvəllüdlü Əliyev Nizami Eldar oğlunun idarə etdiyi "KİA Sportage" markalı minik avtomobili 1937-ci il təvəllüdlü Qasımov Əlişirin Xudaşirin oğlunu vurub. Sürücü dərhal avtomobildən düşərək xəsarət alan 79 yaşlı kişiyə kömək etməyə çalışıb. Bu zaman yüksək sürətlə yaxınlaşan yük maşını yolun ortasında qalmış piyadanın üstündən keçib. Ə.Qasımov hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.