Sumqayıtda baş vermiş ağıər qəzada ölən və yaralanan şəxsin adları müəyyənləşib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 7-də saat 09 radələrində Sumqayıt şəhərinin Koroğlu prospektində şəhər sakini Şaiq Qəribov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb. Nəticədə Ş.Qəribovun sərnişini, həmyerlisi Elçin Alışanzadə hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
*****
10:48
Sumqayıtda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, şəhərin Koroğlu prospektində 20 yaşlı sürücünün idarə etdiyi "Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 21 yaşlı oğlan aldığı xəsarətlərdən həyatını itirib. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.