ŞOK: Azərbaycanda 2 aylıq uşaq oğurlanıb
14 avqust 2014 17:06 (UTC +04:00)

ŞOK: Azərbaycanda 2 aylıq uşaq oğurlanıb

0

Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.

 

APA-nın məlumatına görə, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.

 

Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

 

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.

 

Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3082

Oxşar yazılar