Kürdə boğulan şəxs nazirlik əməkdaşı imiş - <span style="color:red;">YENİLƏNİB
21 iyul 2014 10:24 (UTC +04:00)

Kürdə boğulan şəxs nazirlik əməkdaşı imiş - YENİLƏNİB

0
Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Nazirliyin Şirvan şəhərində yerləşən “Telemexanika” Zavodunun baş mühəndisi Heydərağa Mirzəyev iyulun 19-da Kür çayında çimərkən boğulub.

 

Qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Salyan rayonu Parça Xələc kəndi ərazisində 1963-cü il təvəllüdlü H. Mirzəyev Kür çayında batıb.

 

FHN-in dalğıc-xilasediciləri H. Mirzəyevin cəsədini iyulun 20-də batdığı yerdən 2 km aralıda taparaq çıxarıblar.

 

*****

 

20 iyul. 19:24

 

İyulun 19-da Kür çayının Salyan rayonu ərəzisindən keçən hissəsində batmış 1962-ci il təvəllüdlü Mirzəyev Heydərağa Həsənağa oğlunun axtarışları başa çatıb. Lent.az-ın məlumatına görə, H.Mirzəyevin cəsədi batdığı yerdən 2 km aralıda (ən yaxın xilasetmə məntəqəsindən təxminən 80-90 km aralı, nəzarət olunmayan ərazidə) “Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:50-də başa çatıb.

 

Qeyd edək ki, iyulun 17-də Salyan rayon Babazənən yaşayış massivinin sakini, 44 yaşlı Azər Ağabəy oğlu Əliyev və onun qardaşı oğlu, 12 yaşlı Sabir Şahin oğlu Əliyev Kür çayında çimərkən batıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3941

Oxşar yazılar