Sabirabad rayonunda bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 13-də saat 23 radələrində Sabirabad rayonunun Zalqarağac kəndi ərazisində Salyan rayon sakini Aqşin Quliyev idarə etdiyi teplavozla (yük qatarı) kənd sakini Rahil Cavadovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Araşdırma aparılır.