Rövnəq Abdullayev: "Bizdə benzin Amerikadan ucuzdur"
07 fevral 2016 10:54 (UTC +04:00)

Rövnəq Abdullayev: "Bizdə benzin Amerikadan ucuzdur"

0

"Azərbaycanda yanacağın qiymətinin neftin dünya qiyməti ilə heç bir bağlılığı yoxdur". Lent.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşdə bildirib.

"Bizdə neftin qiymətini Tarif Şurası ümumi Azərbaycan iqtisadiyyatı və orta qiymətlər fonunda müəyyən edir. Azərbaycanda cəmi bircə dəfə daxili bazarda qiymət xarici bazardakından bir az yüksək olub. O da cəmi bir-iki ay davam edib. Hazırda Azərbaycanda benzinin qiyməti 40 sentdir. Bu, ABŞ-dakı qiymətlərlə müqayisədə çox ucuzdur", - deyə Rövnəq Abdullayev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 882

Oxşar yazılar