Döyüldükdən sonra dünyasını dəyişən jurnalist Rasim Əliyevin üzləşdiyi zorakılıq faktı müşahidə kameraları tərəfindən qeydə alınıb.
Musavat.com-un məlumatına görə, bunu jurnalistin atasına Səbail rayon prokurorunun köməkçisi Əhməd Məmmədov deyib.
Prokuror köməkçisi bildirib ki, jurnalistin döyülməsini əks etdirən videogörüntülər artıq əldə edilib.
Prokuror köməkcisi R. Əliyevə xəsarət yetirən şəxslərdən bir neçəsinin kimliyinin də artıq məlum olduğunu, hazırda həmin şəxslərin həbs olunması istiqamətində əməliyyata başlanıldığını qeyd edib.