Polisə müraciət edən qadın: vəkil 3 min manatımı mənimsəyib
11 oktyabr 2015 19:38 (UTC +04:00)

Polisə müraciət edən qadın: vəkil 3 min manatımı mənimsəyib

0

Bakıda qadın üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, 22-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edən Şəki sakini, 1964-cü il təvəllüdlü Rəsulova Yeganə Tacəddin qızı bildirib ki, 1961-ci ildə Ağstafada anadan olmuş İsmayılov Elşən Tofiq oğlu onun 3 min manat pulunu mənimsəyib. Qadın qeyd edib ki, E.İsmayılov onun məhkəmədə olan mülki işində vəkillik edəcəyinə vəd verib və Mərdanov qardaşları küçəsində ondan 3 min manat alıb. Lakin həmin şəxs vədinə əməl etməyib və pulları da geri qaytarmayıb. 

 

Müraciət əsasında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar