<span style="color:red;">Orduda ŞOK hadisə:  hərbçi tabor komandirini güllələyərək öldürdü - YENİLƏNİB
15 may 2014 16:19 (UTC +04:00)

Orduda ŞOK hadisə: hərbçi tabor komandirini güllələyərək öldürdü - YENİLƏNİB

0

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

 

Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) İlkin Yaşar oğlu Məhərrəmovun tabeliyindəki avtomat silahdan atəş açılıb. Nəticədə güllə tabor komandiri mayor Emil Əlihüseyn oğlu Əsgərliyə dəyib. Zabit aldığı güllə yarasından dünyasını dəyişib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Faktla bağlı cinayət işi başlanıb, hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9782

Oxşar yazılar