<span style="color:red;">Nazirlik TƏKZİB etdi:  “Naxçıvandakı yüksəkliklər alınmayıb”
19 iyun 2014 17:25 (UTC +04:00)

Nazirlik TƏKZİB etdi: “Naxçıvandakı yüksəkliklər alınmayıb”

0

Müdafiə Nazirliyi bu gün yerli mediada erməni mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində düşmən tərəfindən ərazimizdəki yüksəkliklərin ələ keçirilməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib. Lent.az-ın xəbərinə görə, nazirlik yazı və fotoların erməni mətbuatının Azərbaycana qatı düşmənçiliyi ilə seçilən Levon Məlik-Şahnəzəryana məxsus saytda yerləşdirildiyini açıqlayıb: “Təhrif olunmuş, yanlış və səhv fikirlərlə dolu məqalə, o cümlədən, qeyri-müəyyən məkanda çəkilərək ona əlavə edilmiş bu fotolar erməni tərəfinin təbliğat xatirinə hazırladığı və daxili auditoriyaya ünvanladığı növbəti uydurmadır.

 

Təəssüf doğuran isə odur ki, əksər erməni informasiya agentliklərinin bu xəbəri istifadə etmədikləri halda, Azərbaycanın elektron informasiya vasitələri bu məlumatı tirajlamaqla düşmən təbliğatına şərait yaradırlar.
 

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq yaratmağa cəhd göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir”.
 

Yayılan məlumatların ermənilərin növbəti dezinformasiyası adlandıran Müdafiə Nazirliyindən Naxçıvan Muxtar Respublikasında əməliyyat şəraitinin Əlahiddə Ümumqoşun Ordusunun tam nəzarəti altında olduğunu və qoşunların təmas xəttində heç bir yerdəyişmə olmadığı da bildirilib: “Adı çəkilən məkanda isə "neytral ərazi" anlayışı ümumiyyətlə mövcud deyildir.

 

Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrindən bu kimi erməni yalanlarına uymamağı və ermənilərin yaydığı xəbərlərin təbliğatını apamamağı tövsiyə edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4079

Oxşar yazılar