Azərbaycan Silahlı Qüvvələrinin heç bir kəşfiyyat qrupu ötən gecə işğal olunmuş ərazilərimizin düşmənin nəzarətində olan hissəsində heç bir əməliyyat keçirməyib və Azərbaycan atəşkəs razılaşmasına tam əməl edir.
Bunu Lent.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. V.Dərgahlı Ermənistan mətbuatının bu barədə dezinformasiyalara münasibət bildirib. V.Dərgahlı erməni mediasının yaydığı və guya Azərbaycan hərbçisinə aid olduğu iddia edilən sənədlərlə bağlı hazırda Müdafiə Nazirliyinin araşdırma apardığını, bu barədə əlavə məlumat veriləcəyini də qeyd edib.