Metroda nasazlıq: qatar depoya göndərildi
15 fevral 2016 09:51 (UTC +04:00)

Metroda nasazlıq: qatar depoya göndərildi

0

Bu gün 09:20 radələrində Bakı metrosunun Dərnəgül - Həzi-Aslanov xətti ilə hərəkət edən qatarlardan birində nasazlıq baş verib. "APA-Economics" xəbər verir ki, bunun nəticəsində qatarın hərəkətində təxminən 20 dəqiqəlik gecikmə müşahidə olunub.

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "APA-Economics"ə bildirib ki, artıq nasazlıq aradan qaldırılıb: "Elə bir ciddi problem yoxdur. Sadəcə 29 saylı marşrut nasaz olub, "20 yanvar" stansiyasında sərnişinləri boşaldıb və depoya gedib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar