<span style="color:red;">Masallıda faciə:  3 yaşlı qız çayda boğulub - YENİLƏNİB
12 iyun 2014 14:16 (UTC +04:00)

Masallıda faciə: 3 yaşlı qız çayda boğulub - YENİLƏNİB

0
Masallı rayonunda bədbəxt hadisə baş verib.

 

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Masalı rayonunun Abbasbəyli kəndində qeydə alınıb.

 

2011-ci il təvəllüdlü Zəhra Əli qızı Qasımzadə Viləş çayının evlərinin yaxınlığından keçən qoluna düşüb. Hadisə şahidlərinin məlumatına görə, 3 yaşlı Zəhra bacı-qardaşları ilə oynayan zaman ayağı sürüşüb və çaya yıxılıb. Bu zaman onun 2008-ci il təvəllüdlü qardaşı Hüseyn Zəhranı tutmaq üçün özünü çaya atıb.

 

Əli Qasımzadənin evində qonaq olan şəxs Hüseyni çaydan çıxara bilib. Bir qədər sonra sudan çıxarılan 3 yaşlı uşağın isə öldüyü məlum olub.

 

Hadisə yerinə rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1021

Oxşar yazılar