<span style="color:red;">Körpüdə ağır qəza:  ölən və yaralanan var
25 dekabr 2014 10:04 (UTC +04:00)

Körpüdə ağır qəza: ölən və yaralanan var

0

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.


 

İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, qəza dekabrın 24-də axşam saatlarında İmişli rayonunun Boşçalılar-Sərxanlı kənd yolunda qeydə alınıb.

 

Sarxanlı kəndi istiqamətində hərəkətdə olan, Novruz Vəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobil əvvəlcə körpünün qoruyucu hissəsinə, daha sonra isə betona çırpıb.

 

Nəticədə “VAZ-2107”-də olan sərnişin, 61 yaşlı Qara Hüseynov hadisə yerində keçinib.

 

Avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 217

Oxşar yazılar