Martın 25-nə keçən gecə İsmayıllı rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, İsmayıllı şəhərinin mərkəzində, Heydər Əliyev prospektində "Toyota" və "VAZ 2106" markalı iki minik avtomobili toqquşub. Nəticədə "VAZ 2106"da 19 yaşlı oğlan aldığı ağır xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qəza zamanı deformasiyaya uğramış avtomobildəki yaralıları çıxarmaq üçün FHN-in xilasedicilərinə müraciət olunub.
Faktla bağlı araşdırma aparılır.