Hacıqabulda bir gündə ikinci qəza: ata və oğul yaralandı
08 noyabr 2015 22:38 (UTC +04:00)

Hacıqabulda bir gündə ikinci qəza: ata və oğul yaralandı

0

Hacıqabulda baş verən yol qəzasında ata və azyaşlı oğulu xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 117-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində baş verib.

 

Göyçay rayonu Çayarxı kənd sakini,  1971-ci il təvəllüdlü Məmmədov Pərviz Ağasəf oğlunun idarə etdiyi  VAZ-2107  markalı 10 HN 810 dövlət nömrə nişanlı avtomobil  “PRADO” markalı avtomobillə toqquşub.

 

Qəza nəticəsində  sürücü çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Sürücünün oğlu 2001-ci il təvəllüdlü Ağasəf Məmmədova xəstəxanada ambulator yardım edilib.   

 

Faktla bağlı Baş Dövlət Yol Polisi araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar