<span style="color:red;">Göyəm turşusunu belə hazırlayın  - Usta öz sirlərini açır: <span style="color:red;">Lent.az-ın mətbəxi
01 sentyabr 2019 12:10 (UTC +04:00)

Göyəm turşusunu belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

0
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Xeyale Xalilova” adı ilə məşhur olan səhifəyə istinadla göyəm turşunun resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
500 qr göyəm, 0,5 stəkan su, 2 xörək qaşığı döyülmüş keşniş toxumu, 1,5 xörək qaşığı şüyüd, 3-4 diş sarımsaq, 1 çay qaşığı pul bibər, çay qaşığının ucunda duz.
 
Hazırlanma qaydası: 
 
Göyəmi yuyuruq, sonra qazana töküb üzərinə yarım stəkan su əlavə edirik və ocağa qoyuruq bişsin. Bişəndən sonra süzgəcdən keçiririk, tumlarını çıxarırıq. Üzərinə keşniş toxumu, pul bibər, doğranılmış şüyüd, sarımsaq, və zövqə görə duz əlavə edib qarışdırırıq. Daha sonra yenidən qazana töküb qoyuruq qaynamağa. Bir az qaynadıqdan sonra bankalara yığırıq. 
 
Nuş olsun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1016

Oxşar yazılar