Füzuli sakini bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 28-də Füzuli rayonunun Mollaməhərrəmli kəndi ərazisindəki daş karxanasında işləyən Horadiz şəhər sakini Telman Quliyevin üzərinə qum bunkeri düşüb. Nəticədə o ölüb.