Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov ötən gün Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində şagirdin döyülməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib.
O qeyd edib ki, onların nümayəndə heyəti Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində olub: “Bu gün nümayəndə heyətimiz Təhsil Nazirliyindən də rəylər götürüb. Hazırda uşağın sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə işlər aparılır. Əgər ekspertizadan sonra döyülmə faktı aşkarlanarsa, uşağın təhlükəsizliyinin pozulması faktı təsdiqlənərsə, bu hadisənin baş verməsinə səbəb olan şəxslər məsuliyyətə cəlb olunacaqlar”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində uşağın döyülməsi ilə bağlı məlumat yayılmışdı. Həmin məlumatdan sonra həm Təhsil Nazirliyi, həm də DİN açıqladığı rəylərdə döyülmə faktının olmadığını bildiriblər.