Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində bu gün günorta saat 12:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin axşam saat 23 00-dan səhər saatlarına qədər Mirzəağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq.
Azəravtoyol-dan Lent.az-a verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.